Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən "Osman Plastik Sənaye və Ticarət" MMC-də plastik və metal təmir-təsərrüfat məhsullarının istehsalı və idxalına dövlət nəzarəti həyata keçirilib.
Komitədən SİA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə sinklənmiş metal materialdan künclük normativ sənədi olmadan, sinklənmiş metal materialdan tara uyğunluq sertifikatı və işçi çertyoju (cizgi) olmadan, plastik kütlədən tara çertyojlar olmadan, alüminium materialından ЛСА tipli pilləkən, təsərrüfat şotkaları işçi cizgisi olmadan istehsal olunur. Həmçinin müəssisədə istehsal olunan təsərrüfat süpürgələrinin üzərində Türkiyənin ştrix kodu, süpürgənin dəstəyində isə İtaliyanın ştrix kodu göstərilsə də, hər iki etiketdə "Kozmo" əmtəə nişanı, istehsalçının isə "Rəmzi" firması olduğu qeyd edilib. Müəssisədə istismar olunan ölçmə vasitələrinin vəziyyətinin də qeyri-qənaətbəxş olduğu, 75 ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi müəyyən edilib.
Aşkar olunmuş nöqsanlarla əlaqədar inzibati protokol tərtib edilib, "Osman Plastik Sənaye və Ticarət" MMC-yə sinklənmiş metal materialdan künclük və taranın istehsalı və satışı qadağan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB