Paytaxtda temperatur enir

"İyulun 9-da və 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Ayın 9-da gecə və səhər arabir güclənəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev belə deyib. Onun sözlərinə görə, sabah paytaxtda havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə, iyulun 10-da gecə 20-25, gündüz 33-35 dərəcə isti olacaq.

Baş hidroloqun sözlərinə görə, bölgələrdə iyulun 9-da və 10-da gündüz saatlarında hava şəraiti əsasən yağmursuz keçəcək: "Lakin gecə və axşam saatlarında Böyük Qafqazın bəzi ərazilərində şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu ayın 9-da aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-14, gündüz 21-25 dərəcə isti olacağı gözlənilir. İyulun 10-da aran rayonlarında gecə 19-23, gündüz 32-37 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 22-27 dərəcə isti olacağı proqnozlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə