4 iyul tarixində Ermənistan parlamentinin binasında baş verən hadisə artıq dünya mətbuatının ciddi müzakirə edilən bir mövzusuna çevrilib. Orada keçirilən Ümumavropa konfransında Moldovanın parlament vəkili (ombudsmanı) Aureila Qriqoriu "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" adlı məruzə ilə çıxış edib.
Ombudsman bildirib: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib".
Moldovanın ombudsmen həmçinin qeyd edir ki, Xocalıda soyqırımı ermənilər törədib və bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır. Forumun zalda əyləşən bir sıra iştirakçıları moldovalı həmkarlarını alqışlayıblar.
İlk dəfə idi ki, Ermənistan parlament zalında onların məsuliyyəti üzərilərindən atmaq istədikləri Xocalı soyqırımının adı çəkilir və Ermənistan Azərbaycan torpaqlarının bir hissəsinin işğalında ittiham edilir.
Əslində moldovalı ombudsmen olan həqiqəti söyləmişdi və dünya ictimaiyyətinin diqqətini bir daha bu ağır faktlara yönəltmişdi. Dünyanın hər dəfədən dəfəyə bu məsələrə dəstək verməsi isə Ermənistanın beynəlxaql aləmdə vəziyyətini daha da çıxılmaz edir.
Buna təsdiq kimi Ermənistandan başqa bütün dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıması və beynəlxalq təşkilatların bir çox sənədlərində Ermənistandan işğal etdiyi ərazilərdən qoşunlarını çıxartmaq tələb edilməsini göstərmək olar. Artıq 6 ölkə və ABŞın 13 ştatı Xocalı soyqırımını genosid kimi tanımış və hadisələrdə Ermənistanın məsuliyyyətini qəbul etmişlər.
Ancaq Aureila Qriqoriunun çıxışından sonra hadisələrin gedişi göstərdi ki, Ermənistanda hqiqəti söylənəyə heç kəsə, o cümlədən xarici ölkələrin nümayəndələrinə icazə yoxdur. Tələsik söz alan Ermənistan parlamentinin vitse –spikeri Ermine Naqdalyan "Ermənistan parlamentinin kürsüsünü sifarişlər yerinə yetirmək üçün istifadə etməyin" - deyə narazılığını bildirib:
"Bilmirəm kimin sifarişlərini yerinə yetirirsiniz, lakin öz sifarişçilərinizə sübut etmək üçün çıxışınızı lentə ala bilərsiniz. Düşünürəm ki, yüksək səviyyəli qonaqlar elmi konfransın yolverilməz müzakirələr üçün istifadə olunmasına etiraz etməlidirlər".
Aureliya Qriqoriu buna cavab olaraq deyib ki, münaqişənin təfərrüatlarına varmaq fikrində deyil: "Yalnız onu deyə bilərəm ki, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulması yolverilməzdir".
Mən Ermine Naqdalyanı Avropa Şurası Parlament Assambleyasından tanıyıram. Erməni siyasətçi xanım bir qayda olaraq çıxışlarında Azərbaycana xüsusi qərəzini ortaya qoyur və böhtan atmaqdan da çəkinmirdi.
Tədbirdən sonra Moldova parlament vəkilinin qaldığı hotelin ətrafına millətçi əhval-ruhuyyəli insanlar toplaşır və ona hədələr , o cümlədən ölüm hədləri yağdırmağa başlayırlar. Eyni hədələr və təhqirlər onun elektoron poçtuna və sosial şəbəkədəki səhifəsinə də gəlməyə başlayır.
Aeroprta uçuş günü isə ona avtomobil verilmir və hoteldə tək və böyük təhlükə altında qalır. Sabahısı gün, 6 iyulda o Rumıniyanın Ermənistandakı səfirliyində məxsus diplomatik avtomobillə ölkəni tərk etmək istəsə, bütün beynəlxal qaydalara zidd olaraq də onu sərhəddən buraxmayırlar. Onu geri qaytararaq Yerevenda mətbuat konfransında Ermənistan üzr istəməsini tələb etdilər.
Ancaq bütün bu təzyiqlərə və Ermənistanın dövlət səviyəsində terror hədlərinə baxmayaraq xanım Aureila Qriqoriu üzr isstəmir və təkidi ilə vətəninə qayıdır.
Ermənistan bu zərif qadının qətiyyəti və şərəfi qarşısında geri çəkilməyə məcbur oldu.
Bu fövqdə yaddaşa Azərbaycan vətəndaşı olan azərbaycanlı yazıçı Əkrəm Əylislinin bir müddət əvvəl Azərbaycana böhtanla dolu olan "Daş yuxular" romanını xaricdə çap etdirməsi düşür. Moldovan Qriqoriu əgər Qarabağ həqiqətləri haqqında sənədlərlə tanış olmuşdusa, azərbaycanlı Əkrəm Əylisli Ermənistan tərəfindən torpaqların işğalından və Xocalı faciəsindən yaranan mühitdə yaşayırdı və muharibə qurbanları ilə hər gün rastlaşırdı.
Bütün bunlara baxmayaraq Azərbaycan xalq yazıçısı , Azərbaycan Prezident təqaüdçüsü Azərbaycanının " Şöhrət " ordeni laureatı, Azərbaycanın keçmiş deputatı Əkrəm Əylisli öz xalqına şər atmaqdan, erməni millətçilərinin törətdiyi vəhşilikləri xalqımızın adına yazmaqdan çəkinmədi.
Nəticədə azərbaycanlı Əkrəm Əylisli Yerevanda qəhrəman kimi qarşılandı, şəninə təriflər yağdırıldı, kitabı ermənilər tərəfindən müxtəlif dillərə tərcümə edilərək yayılmağa başlandı, antiazərbaycan kampaniyasında Ə.Əylislinin kitabına istinad edilməyə başlandı.
Ancaq moldovan Aureliya Qriqoriu Yerevanda Ermənistanın Azərbaycan torpaqlarını işğalından bəhs etdi, onu Xocalı soyqırımı törətməkdə ittiham etdi. Onun cəsarəti az qala həyatına son qoyacaydı, ancaq o həqiqəti hər şeydən üstün tutdu və bir mətinlik nümunsi göstərdi.
Zaman Azərbaycan həqiqətlərinə göz yuman azərbaycanlı Əkrəm Əylislinin qabağına bu həqiqətləri səsləndirməkdən qorxmayan moldovan Aureliya Qriqoriunu çıxartdı.
Hesab edirəm ki, fərqliliyə baxmayaraq onların hər ikisinin adı Qarabağ tarixində qalacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB