Gənclər Fondu regionlarda təqdimatlara start verdi

Gənclər Fondu regionlarda təqdimatlara start verdi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu növbəti qrant müsabiqəsini elan edib. Gənclər Fondundan SİA-ya verilən məlumata görə, bununla əlaqədar Respublikanın bir sıra şəhər və rayonlarında region gəncləri üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçiriləcək.

Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Fondun əməkdaşları Mübariz Qədirov və Ramin Cəfərov tərəfindən keçiriləcək təqdimatlar artıq start götürüb. Regional mərkəz olaraq seçilmiş şəhərlərdə qonşu bölgələrin də gəncləri iştirak edəcək. İlk təqdimatlar 8 iyul 2013-cü il tarixində Şamaxı (Mərəzə, Ağsu), Şirvan (Sabirabad, Hacıqabul), Qəbələ (İsmayıllı) və İmişlidə (Saatlı, Beyləqan) keçiriləcək. Növbəti təqdimatlar isə Şəki, Biləsuvar, Zaqatala, Lənkaran, Abşeron, Masallı, Göyçay, Yevlax, Sumqayıt, Bərdə, Ağcabədi, Gəncə, Xaçmaz, Şəmkir, Quba və Qazaxda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə