Yanğınların genişlənməsinin qarşısı alınıb

Yanğınların genişlənməsinin qarşısı alınıb

Yanğınların genişlənməsinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Məlumata görə, Neftçala şəhərində vətəndaşa mıəxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Otaqlar yanğından mühafizə olunub.

Tovuz rayonu, Əlimərdanlı kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa mıəxsus ümümi sahədi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Qusar rayonu, Yeni Həyat kəndində (rayon mərkəzindən 19 km aralı) bələdiyyəyə məxsus ərazidə 35 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa mıəxsus "BMW" markalı minik avtomobilinin salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğındandan mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə