Dağlıq Qarabağda yenidən qazıntı işlərinə start verilib
Köstəbək ermənilər

Ermənilər yenidən Dağlıq Qarabağda qazıntılara başlayıblar. Başda Hamlet Petrosyan olmaqla ekspedisiya uydurma Tiqranakert şəhərinin qalıqlarını tapmağa ümid edir. Ekspedisiya rəhbəri Hamlet Petrosyan Qarabağda XIX əsrdə tikilən binaların, xüsusilə poçt məntəqələrinin qazıntıya məruz qalacağını bildirib.

Xatırladaq ki, ermənilər artıq bir-neçə dəfə Tiqranakertin qalıqlarını tapmaq üçün Qarabağda qazıntılar aparıblar. Ancaq başda Koliforniya Universiteti olmaqla dünyanın bir çox elm ocaqları bu tip qazıntıların arxeoloji araşdırmalar olduğunu qəbul etməyib.

Hətta Hamlet Petrosyan, ermənipərəstliyi ilə tanınan amerikalı alim, Çikaqo Universitetinin professoru Adam Smitə məktub yazaraq ona Ağdamdakı qazıntı işlərindən bəhs edəndə aldığı cavab bu olub: "Cənab Petrosyan, bu qazıntı işləri Haaqa konvensiyası ilə ziddiyyət təşkil edir, çünki Azərbaycanın işğal edilmiş rayonunda aparılır və təbii ki, qazıntı işləri zamanı tapılan nə varsa, Azərbaycana məxsusdur. Bundan başqa, belə qazıntı işləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması perspektivlərinə də zərbə vurur".

Bütün xəbərlər Facebook səhifəmizdə