Rayonlarda quruculuq abadlıq işləri çərçivəsində Beyləqan rayonunda Heydər Əliyev parkının 3645 kv/metr ərazisi mərmərlə üzlənib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonda yeni Gənclər Evi, Şahmat məktəbi inşa olunub, Təhsil Şöbəsinin binası müasir standartlara uyğun olaraq yenidən qurulub. Həmçinin polis işçiləri üçün 3 mərtəbəli yeni inzibati bina da tikilir.
Məlumat üçün bildirək ki, Gənclər Evi ümumi sahəsi 1516 kv/metr olmaqla 2 mərtəbədən ibarətdir. Gənclər Mərkəzində internetkafe, konfrans, oxu, bədii gimnastika və rəqs zalları, linqafon kabineti, elektron kitabxana, gənclər kafesi, tir atıcılıq mərkəzi, 3D formatlı sinema klub, xidməti otaqlar fəaliyyət göstərəcək. Mərkəz lazımi inventar və avadanlıqla, həmçinin sürətli internetlə təmin edilib.
Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, bununla yanaşı rayonda iki mərtəbədən ibarət şahmat məktəbi tikilir. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan məktəb ən müasir avadanlıqlarla təchiz edilib. Müasirliyi ilə seçilən şahmat məktəbi altı sinif otağından ibarətdir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB