Azərbaycan və Cənubi Koreya arasında olan beynəlxalq gənclər mübadiləsi "Youth Exchange" proqramı çərçivəsində cari ilin 30 iyun-10 iyul tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun baş məsləhətçisi Mətanət Məmmədovanın başçılığı altında azərbaycanlı gənclərdən ibarət nümayəndə heyətinin Cənubi Koreyaya səfəri davam edir. SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşları da daxildir.
Səfərləri çərçivəsində azərbaycanlı tələbə - gənclər Cənubi Koreyanın paytaxtı Seul və Busan şəhərlərində olublar, ölkənin müxtəlif tarixi və mədəni abidələri, muzeylərinə səfər ediblər.
Qeyd edək ki, nümayəndə heyəti səfərləri çərçivəsində Cənubi Koreyanın dövlət rəsmiləri və gənclər təşkilatları ilə görüşərək, iki ölkə gənclər siyasətini və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB