İyulun 5-də Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Masallıda cənub bölgəsinin vətəndaşlarının qəbulunu keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, gün ərzində davam edən qəbul zamanı 100-ə yaxın bölgə sakinini qəbul edən komitə sədri onların şikayət və təkliflərini dinləyib.
Qəbul zamanı vətəndaşların əsas müaraciətləri Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşadıqları zaman onların adlarının yerli aqrar islahat komissiyasının səhvi ucbatından siyahıya salınmaması olub. Bundan başqa həyətyanı sahələrinin meşə fondu və qış otlağı ərazilərinə düşmələri, eləcə də torpaq islahatı ilə bağlı müvafiq sənədlərin tərtib edildiyi zaman texniki qusurlar səbəbindən yol verilən nöqsanlar göstərilib.
Qəbul zamanı Torpaq və Xəritəçəkmə Komitəsinə aid qaldırılan məsələlər qurumun mütəxəsislərinin iştirakı ilə yerlərdə ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Torpaq və Xəritəçəkmə Komitəsinə aid olmayan və araşdırma tələb edən məsələlər isə komitənin kargüzarlığında qeydiyyata alınaraq adiyyatı qurumlara ünvanlanıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB