YAP-ın təşkil etdiyi “Yay məktəbi”nin I Masallı turu başa çatıb FOTOLAR
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin I Masallı turu başa çatıb. SİA-nın verdiyi məlumata görə, "Yay məktəbi"nin sonuncu günündə dövlətin gənclər siyasəti barədə fikir mübadiləsi aparılıb.
Millət vəkili Sevinc Hüseynova, YAP-ın məsul əməkdaşı Rafael Gülməmmədov Ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə, eyni zamanda, Onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on ildə gənclərə diqqət və qayğıdan, bu istiqamətdə təsdiqlənən Dövlət proqramlarından ətraflı bəhs edib.
Bildirilib ki, əgər Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müasir müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Gənclərə göstərilən bu etimad onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşmələrinə stimul verirdi.
Qeyd ediblər ki, 1992-ci ilin noyabrında tarixi zərurətdən yaranan, bu gün nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin böyük çoxluq təşkil etməsi Heydər Əliyevin onlara diqqət və qayğısından qaynaqlanırdı. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün YAP-ın 600 mindən çox üzvünün 40 faizini gənclərin təşkil etməsi də onlara diqqət və qayğının davamlılığının göstəricisidir. Gənclər bu diqqət və qayğıdan bəhrələnərək, potensiallarını ortaya qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə töhfələrini verməlidirlər.
Çıxışlarda vurğulanıb ki, respublika və YAP rəhbərliyi hər zaman gənclərə diqqət və qayğı ilə yanaşıb.
Sonra keçirilən regionlarda turizmin inkişafı və seçki şüarları müsabiqəsində qaliblər müəyyənləşdirilib.
Həmin gün gənclər Masallı rayonunun "İsti su" istirahət düşərgəsində və Lerik rayonunda olublar.
Eyni zamanda, gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə müxtəlif növ idman yarışları da təşkil olunub.
Bununla da, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin I Masallı turu bağlanıb. Keçirilmiş bağlanış mərasimində ən fəal qrupların adları elan edilib.
Qeyd edək ki, gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihə olan, gənclər üçün təcrübə və bilik mənbəyi hesab edilən "Yay məktəbi"nin I Masallı turu iyulun 1-də start götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB