54 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib

54 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib

Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın İnkişafına Dövlət Dəstəyi" mövzusunda növbəti tədbirini Xaçmaz rayonunun Xudat şəhərində keçirib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 200-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə bildirilib ki, 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 2150-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 183 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 7500 -dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Həmçinin qeyd edilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1319 investisiya layihəsinin maliyyələşdirilməsinə 109,8 milyon manat güzəştli kredit ayrılıb. Tədbirdə sahibkarları maraqlandıran məsələlərlə bağlı suallar cavablandırılıb. Tədbir çərçivəsində Xaçmaz ətraf rayonlarda fəaliyyət göstərən 54 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə