VII “Liderlik Məktəbi” – “Nəqşicahan" na qeydiyyat başlayıb

VII “Liderlik Məktəbi” – “Nəqşicahan" na qeydiyyat başlayıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi və Naxçıvan Dövlət Universitetinin təşkilati dəstəyi ilə 11-18 avqust tarixlərində həyata keçiriləcək VII "Liderlik Məktəbi" – "Nəqşicahan"na qeydiyyat başlayıb. SİA-ya verilən məlumata görə, ATGTİ 6 liderlik məktəbi keçirib və bu liderlik məktəblərində 600-dən çox tələbə iştirak edib. VI "Liderlik Məktəbi" – "Qış Parlamenti" digər liderlik məktəblərindən fərqli olaraq parlament formatında həyata keçirilib.

VII "Liderlik Məktəbi" – "Nəqşicahan"-da müxtəlif təlimçilər tərəfindən tələbələrə liderlik, PR-Sosial media, layihənin yazılması və idarə olunması, protokol qaydaları və digər təlimlər keçiriləcək. Bu layihə ərzində tələbə-gənclərdən əldə olunmuş yeni ideyaların və təkliflərin ATGTİ tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

2010-cu ildən etibarən ATGTİ tərəfindən ildə 2 dəfə reallaşdırılan bu layihənin məzunlarının sayı 600-ü ötüb. Layihənin məzunlarının bir hissəsi hazırda TGT sədrləri, beynəlxalq qurumların əməkdaşları, özəl şirkətlərin işçiləridirlər. Onların bir çoxu ölkəmizi beynəlxalq müstəvidə uğurla təmsil edir.

Qeyd edək ki, VII "Liderlik Məktəbi" – "Nəqşicahan" Naxçıvan şəhərində həyata keçiriləcək. 3 iyul tarixindən başlayaraq I və II kurslarda təhsil alan tələbələr ATGTİ-nin saytında qeydiyyatdan keçə bilərlər. http://atgti.az/offer/20130703085311154.html

Bütün xəbərlər Facebook səhifəmizdə