"2015-ci ilin sonunadək ölkənin bütün bölgələrində Gənclər Mərkəzi inşa ediləcək" SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Gənclər və idman naziri Azad Rəhimov bu barədə açıqlama verib.
Nazir bildirib ki bölgələrdə gənclərin asudə vaxtlarının səmərəli təşkili sahəsində çətinliklər mövcuddur: "Bu problemin həlli 2011-2015-ci illər dövlət proqramında nəzərdə tutulub".
Azad Rəhimov ölkədə işsiz gənclərin statistikasına da toxunub. O, statistikanın sabit qalmadığını və hər ay dəyişildiyini bildirib. Nazir həmçinin qeyd edib ki, nazirliyə olunan müraciətlərin 15-20 %-i işlə bağlıdır.
Qeyd edək ki, Gənclər və idman naziri Qubada 5 rayondan olan vətəndaşları qəbul edib. Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 50 nəfərdən çox vətəndaş iştirak edib. Müraciətlər əsasən güzəştli ipoteka kreditləri almaq, rayonlarda gənclər mərkəzlərinin tikintisi, idman bölmələrinin və zallarının açılması, meydançalarının tikilməsi və işə qəbul olunmaq kimi məsələlərdən ibarət olub.
Nazir vətəndaşları dinləyərək onları narahat edən məsələlərin həlli üçün lazımı tapşırıqlarını verib. Qəbuldan sonra qeyd olunan şəhər və rayonların idarə rəislərini qəbul edən nazir qaldırılan məsələlərlə bağlı göstərişlərini verib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB