Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şamaxıda vətəndaşlarla görüşüb. SİA-nın Aran bürosundan verilən xəbərə görə, qəbulda Şamaxı, Ağsu, Göyçay və İsmayıllı rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Xüsusilə qızların təhsildən yayınmaları, erkən nikahın, boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək məsələlərinin həlli ilə əlaqədar təkilflər irəli sürülüb.
Qəbul zamanı bir çox şikayətlər yerindəcə həllini tapıb. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılması üçün qeydiyyata götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB