Bu gün gənclər və idman naziri Azad Rəhimov Qubada vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Quba Mədəniyyət Mərkəzində keçirilən qəbulda Xaçmaz, Quba, Qusar, Şabran, və Siyəzən rayonlarından olan 45-dən çox vətəndaş iştirak edib.
Qəbula gələnlərin müraciətləri güzəştli ipoteka kreditləri, torpaq sahələrinin alınması, işlə, idman sahəsində fəxri adların verilməsi, rayonlarda gənclər mərkəzinin, idman zallarının və stadionlarının tikintisi ilə bağlı olub.
Vətəndaşların bəzi müraciətləri yerində həll olunub, digər müraciətlər aidiyyatı üzrə araşdırılmaq üçün qeydiyyat alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB