Növbəti Qanvermə aksiyası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının təmin olunmasıdır. Bu məqsədlə son zamanlar cəmiyyətimizdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniya başlanılıb. SİA-ya verilən məlumata görə, bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkənin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirib. Artıq regionlarda keçirilən aksiyalar yekunlaşdırılıb. Hacıqabul, Bərdə, Mingəçevir, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Gəncə, Tovuz, Göygöl və Xaçmazda keçirilən aksiyalarda Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər nümayəndələr iştirak ediblər. Xüsusilə gənclərin fəallığı ilə keçirilən aksiyalar əhali tərəfindən rəğbətlə qarşılanıb.

Məlumata üçün bildirək ki, Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanıb. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaq.

Qeyd edək ki, növbəti aksiya Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küç, 87 ünvanında yerləşən Mərkəzi Qan Bankında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə