Gənclər Prezident İlham Əliyevi dəstəkləyir MÜSAHİBƏ

Eltun İbrahimov: "Prezident İlham Əliyevin şəxsi qayğısı, diqqəti və himayəsi ilə gənclərimiz hər sahədə uğur qazanırlar"
Gənclər Prezident İlham Əliyevi dəstəkləyir MÜSAHİBƏ

Müsahibimiz Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimovdur.

- Eltun müəllim, Gənc Diplomatlar Birliyinin prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsi hansı istək və arzulardan yarandı?

- Bu gün güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik olan dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir.

Ümummilli Liderimiz Heydər Əliyevin əmanəti kimi qəbul etdiyimiz müstəqil Azərbaycan bu gün 55 milyonluq bütün dünya azərbaycanlıların şərəfi və qürur mənbəyidir. Bu gün bölgənin siyasi və iqtisadi güc mərkəzi olan Azərbaycan Cənubi Qafqaz regionun aparıcı dövlətinə çevrilmişdir. Yalnız region üçün deyil, ümumilikdə bütün dünya üçün strateji əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı olaraq beynəlxaq nüfuzunun və siyasi imicinin möhkəmlənməsinə nail olmuşdur.

Xüsusilə müxtəlif sivilizasiyaların və mədəniyyətlərin dialoqu məkanına çevrilən ölkəmizin sürətli iqtisadi inkişaf tempinə görə bir çox inkişaf etmiş Avropa ölkələrini üstələməsi, beynəlxalq miqyasda nüfuzunun artırılmasına və regional məsələlərin həllində ölkəmizin mövqeyinin xüsusi nəzərə alınması qısa müddət ərzində Cənab Prezidentin pramatizmə və milli maraqların qorunması prinsipinə söykənən siyasəti nəticəsində mümkün olmuşdur. Azərbaycanın eyni zamanda tolerantlığın, multikulturalizmin "Ən Unikal Məkan" statusunu qazanaraq mədəni, mənəvi dəyərlərinə sahib çıxması ölkəmizin beynəlxalq reytinqinə xüsusi xal qazandırmışdır. Bütün bunlar Ölkə Başçısısının apardığı düzgün siyasətin təzahürüdür. Biz gənclər isə bu uğurlarda imzası olan Cənab Prezidentə dəstək olmaqla Azərbaycanımızı daha da gücləndirməliyik.

- Ümumilikdə cəmiyyətin bütün təbəqələri Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Sizcə bu nədən irəli gəlir?

- Xalqın Prezident İlham Əliyevə inamı, onun namizədliyini dəstəkləmələri ilə bağlı verdikləri bəyanatlar onu deməyə əsas verir ki, cəmiyyətin bütün təbəqələri prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevi yenidən Prezident görmək istəyir. Bu, ölkə başçısının xalqına və millətinə olan diqqət və qayğısından irəli gəlir. Ölkəmizdə cəmiyyətimizin bütün təbəqələri bu il keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və seçkilərdə hər kəs ölkə Lideri İlham Əliyevə səs verəcək. Çünki xalqımız öz Prezidentinə qəlbən inanır və Ona sədaqətlərini daim nümayiş etdirirlər. Bu gün cəmiyyətimizin bütün təbəqələrinin seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləmələri göz önündədir.

- Gənc Diplomatlar Birliyinin Prezident İlham Əliyevi dəstəkləməsi onu deməyə əsas verirmi ki, Azərbaycan gəncliyi Cənab İlham Əliyevi özünün lideri kimi görür, Prezidentin daxili və xarici siyasətini tam dəstəkləyirlər?

- Bildiyimiz kimi ölkəmizdəki inkişaf və yüksəliş prosesinin bir dalğası da gənclər sektorunda inqilabi dəyişikliklərlə müşayiət olunub. Prezident Cənab İlham Əliyevin şəxsi qayğısı, diqqəti və himayəsi ilə gənclərimiz hər sahədə qazandıqları uğurların sayını daim artırırlar. Gənclərlə bağlı, həmçinin onların xaricdə təhsil alması ilə əlaqədar dövlət proqramlarının qəbulu, gənclərin hərtərəfli inkişafına dövlət dəstəyini təmin edən fərmanların, sərəncamların imzalanması və onların uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin müəllifi olduğu gənclər siyasətinin real təzahürləridir. Artıq 250-ə yaxın gənclər təşkilatı oktyabr ayında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsi onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi İlham Əliyevi özünün lideri kimi görür və Prezidentin daxili və xarici siyasətini tam dəstəkləyirlər.

Biz də Azərbaycan Gənc Diplomatlar Birliyi olaraq 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində davamlı inkişaf, qüdrətli dövlət və daha güclü Azərbaycan naminə cənab İlham Əliyevi dəstəkləyəcəyimizi bəyan etdik.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə