Gənclər təşkilatı əlilliyi olan uşaqlar üçün erkən müdaxilə proqramını başa vurur
Gənclər üçün Təhsil Mərkəzi "World Vision" Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə həyata keçirdiyi "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər layihəsini" başa vurur. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ötən ilin sonlarından başlayan layihə Sumqayıt, Gəncə, Yevlax, Masallı, Quba və Şəkidə icra olunub.
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasına, onların sosial problemlərinin həllinə və erkən müdaxilə proqramında iştirak etmələrinə kömək etmək məqsədi daşıyan layihə ümumilikdə 90 uşağı və 180 valideyni əhatə edib. Layihə çərçivəsində Mərkəz tərəfindən 5 təlimçi hər bir regionda autizm, əqli gerilik, epilepsiya, nitq qüsuru və digər xəstəlikləri olan uşaqlar üçün erkən müdaxilə təlimləri təşkil edilmiş, onlara xüsusi tədris proqramı tətbiq edilib.
Layihə çərçivəsində hər bir uşaq və valideynlə fərdi qaydada iş aparılıb.
Qeyd edək ki, digər regionlarda da bu proqramın tətbiq edilməsi üçün yeni layihələr hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB