ATGTİ ilə SKONUS təşkilatı arasında memorandum imzalanıb

ATGTİ ilə SKONUS təşkilatı arasında memorandum imzalanıb

Azərbaycanda səfərdə olan Serbiyanın Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahının qonağı olub. ATGT-dan SİA-ya verilən məlumata görə, qonaqları salamlayan ATGTİ-nin sədri Şahin İsmayılov onlara ATGTİ – nin sturkturu, fəaliyyəti və keçirilən irimiqyaslı layihələr barəsində məlumat verib.

Görüşdə Serbiyanın Gənclər və İdman Nazirliyinin Gənclər üzrə nazir müavini xanım Snejana Klaşnya Serbiyada gənclər sahəsində həyata keçirilən layihələrdən söz açıb. Xanım Snejana Klaşnyaya Azərbaycan Tələbə Kartının və Könüllülük Pasportunun nümunələri təqdim edilib.

Sonda Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvləri olan ATGTİ və Serbiya Universitetlərinin Tələbə Konfransının (SKONUS) Beynəlxalq əlaqələr departamentlərinin direktorları Toğrul Məmmədli və Daniyela Varat əməkdaşlığa dair niyyət protokolu imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə