"Jurnalistlər tənqidi qəbul etmir"

"Jurnalistlər tənqidi qəbul etmir"

"Aparıcı ədəbi dilin pozulması hallarına yol verirsə və bu barədə onun təsəvvürü yoxdursa, o zaman bu, ümumi nitq mədəniyyəti səhvidir. Əgər cümlə qrammatik olaraq düzgün qurulmursa, bu o deməkdir ki, həmin şəxsin buna təfəkkürü çatmır". SİA-nın məlumatına görə, bunu Dilçilik İnstitutunun telekanallarda ədəbi dilin normalarının qorunması ilə bağlı keçirdiyi monitorinqin nəticələrinə münasibət bildirən millət vəkili Nizami Cəfərov deyib.

"Bəzi cümlələr hind-avropa dillərinin qrammatikasına uyğun, yəni cümlənin mübtəda və xəbərini cümlənin əvvəlində deməklə qurulur. Aparıcı üçün onun xarici görünüşü, televiziya üçün tələb olunan estetika ilə yanaşı peşəkar fəaliyyəti də vacibdir",- deyə o fikirlərinə əlavə edib.

Millət vəkili Bəxtiyar Sadıqov da tədbirdə monitorinqlə bağlı fikirlərini səsləndirib. O qeyd edib ki, dövlət dilinin qorunması ilə bağlı dövlətin dəstəyi var: "İstər çap, istərsə də elektron media dilin qorunmasına çalışmalıdır, dil üzərində işləməlidir. Təəssüf ki, jurnalistlər çox zaman onlara qarşı olan tənqidləri qəbul etmirlər. Bundan inciyirlər. Fikrimcə, telekanallar monitorinqlə tanış olmalı və bu hesabatdan inciməməlidirlər. Onlar daha çox qüsurları aradan qaldırmağa çalışmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə