Füzulidə gənclər əsgər gedir

Füzulidə gənclər əsgər gedir

2013-cü il iyulun 1-dən 30-dək vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli xidmət edən hərbi qulluqçuların ehtiyata buraxılması haqqında ölkə rəhbəri müvafiq sərəncam imzalayıb. Bu münasibətlə Respublikanın hər yerində olduğu kimi Füzulidə də gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib. Mərasimdə hüquq-mühafizə orqanlarının nümayəndələri və valideynlər iştirak ediblər. İlk olaraq dövlət himni səsləndirilən mərasimdə çıxış edənlər gənclərə xidməti borclarını layiqincə yerinə yetirməyi arzu edib, sağ gedib, salamat qayıtmalarını diləyiblər. Ardınca meydana dövlət bayrağı və "Qurani-Kərim" gətirilib. Gənclər bayrağın və müqəddəs kitabın altından keçiblər.

Çağırışçı gənclər də, öz növbəsində, vətənə xidməti borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər. Mərasimin sonunda gənclər xidmət edəcəkləri bölgəyə yola salınıblar.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə