"Hazırda Azərbaycanın televiziya və radio məkanında ədəbi dil normaları, küçə, bazar, şou-biznes danışıq normalarına uduzur. Televiziya və radio məkanında bununla bağlı balans çox ciddi şəkildə pozulur". SİA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Onun sözlərinə görə, ölkədə bəzən belə bir fikir formalaşdırılır ki, xalq danışıq dili hər yerdə olmalıdır: "Bu tamamilə yanlış fikirdir. Azərbaycanda teleradio kanallarında çalışan aparıcılar kimliyindən asılı olmayaraq, ədəbi-dil qaydalarını mütləq bilməlidir. Dəvət olunan qonaqlarla, kinolarda, tamaşalarda isə xalq danışıq dili saxlanmalıdır. Amma istər idman, istər mədəniyyət, istərsə də xəbər aparıcıları Azərbaycanın ədəbi dil qaydalarını bilməlidirlər".
MTRŞ sədri həmçinin qeyd edib ki, Azərbaycanda orta təhsillərini ana dilində almayan insanların televiziyada aparıcılıq etməsi geniş hal alıb: "Bu məsələ, xüsusilə rus dilli insanların televiziyalarda aparıcılıq etməsi çox böyük nöqsanlarla müşahidə olunur. Cümlələrin həddindən artıq düzgün şəkildə olmaması, eləcə də leksik, fonetik, qrammatik formada cümlələrin düzgün qurulmaması verilişin çox böyük nöqsanlarla müşahidə olunmasına səbəb olur. Bu sahədə də böyük işlər aparmaq lazımdır".
N.Məhərrəmli ümumrespublika yayımçıları olan televiziya kanallarını da tənqid edib. O qeyd edib ki, burada aparıcılar bəzən məhəlli dialekt, şivələrdən, jarqon, bayağı sözlərdən daha çox istifadə edirlər: "Bunlar hamısı, birmənalı şəkildə olmaz. Ümumrespublika yayımçısı statusu almış hər bir televiziya kanalı Azərbaycan televiziyasıdır və burada aparıcılar artıq dialektdə, ləhcədə danışa bilməz. O, Azərbaycanın ədəbi dil qaydalarına uyğun danışmalıdır. Regional televiziya kanalında belə hallar müşahidə edilsə, bunu müəyyən mənada başa düşmək olar. Amma ümumrespublika yayımçılarında belə hallar baş verməməlidir. Ədəbi dilin norma pozuntuları daha çox ANS telekanalında baş verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB