Bu gün Bakıda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası (AR) Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirilir. SİA-nın xəbərinə görə, tədbirin əsas məqsədi Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, ölkənin uğurlu dövlət siyasəti barədə ətraflı məlumat verib, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək, həmçinin Azərbaycan həqiqətləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır.
Tədbirdə məktəb iştirakçılarına siyasi bilik təcrübəsindən başqa, Azərbaycanın reallıqları və dövlətin demokratik quruculuqda nailiyyətləri barədə də hərtərəfli məlumat verilib.
Qeyd edək ki, Beynəlxalq Gənc Siyasətçilər Məktəbi iyulun 8-dək davam edəcək.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB