Bölgələrdəki ərazilər minadan təmizlənib

1,293 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib
Bölgələrdəki ərazilər minadan təmizlənib

İyun ayı ərzində 2,893,259 kvadrat metr ərazi, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Eyni zamanda 1,293 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA xəbər verir ki, əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 229,231,517 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilib mina və PHS-lərin sayı 683,616-dır. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Goranboy, Yevlax, Xızı və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə