Azərbaycan-Türkiyə hərbi əməkdaşlığ müzakirə edilib

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığ müzakirə edilib

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının quru qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu iyulun 3-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hayrı Kıvrıkoğlu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.

Nazir Səfər Əbiyev hörmətli qonağın Azərbaycana gəlişini məmnunluq hissi ilə qeyd edərək bu səfərin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirib.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.

Azərbaycan müdafiə nazirinin əmrinə əsasən, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhfələrə görə ordu generalı Hayrı Kıvrıkoğlu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" və "Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi" medalları ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə