Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlər işlənib hazırlanıb. Dövlət Miqrasiya Xidmətindən verilən xəbərdə deyilir ki, iyun ayı ərzində 2586 əcnəbi və vətəndaşlığı olmayan şəxs yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Eyni zamanada 11 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilən sənədləri yenisilə əvəz olunub. Bundan başqa onlardan 293 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 2136 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 146 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5595 müraciət daxil olub.
Bundan başqa Bakı şəhərində fəaliyyət göstərən 28 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilən tədbirlər nəticəsində 8 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB