ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar güman edir ki, Azərbaycanda prezident seçkiləri ədalətli olacaq. Bu barədə o, jurnalistlərlə söhbətində ölkədəki daxili siyasi vəziyyəti şərh edərkən bildirib. Müxalifətdən prezidentliyə vahid namizəd ilə bağlı sualın cavabında deyib ki, bu, siyasətçilərin öz işidir. "Mənim bu barədə hər hansı fikir söyləməyim düzgün olmazdı. Seçkilərdə namizədlərin kim olmasından asılı olmayaraq, seçkilərin azad və ədalətli keçirilməsini istəyirik. Biz inanırıq ki, seçkilər ədalətli keçiriləcək ", - deyə səfir bildirib.
Səfir Rüstəm İbrahimbəyovun ABŞ-a səfərinə də toxunub. R.İbrahimbəyov Dövlət Departamentində görüşlər keçirib və ayrı-ayrı şəxslərlə görüşüb. Ancaq kimlərlə görüşməsi səfirə məlum deyil. Morninqstarın sözlərinə görə, R.İrahimbəyov dövlət katibi və ya digər yüksək rütbəli şəxslərlə görüşməyib. Görüşün detalları barədə də məlumatı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB