Müharibə dövründə dağılmış kəndlərə qaz çəkilir. Tərtərin müharibədən ziyan çəkmiş cəbhə kəndlərinə təbii qaz veriləcək. SİA-nın Qarabağ bürosunun verdiyi məlumatıan görə, bu məqsədlə dövlət proqramı çərçivəsində rayonun Düyərli, Cəmilli, Balakəngərli, Ağakənd, Dəmirçilər, Poladlı, Mamırlı kəndlərinə mavi yanacaq çəkilir.
Qeyd edək ki, rayonda bu günə qədər şəhər mərkəzi ilə bərabər 18 kəndə mavi yanacaqla təmin edilib. Növbəti ilin sonuna qədər rayonun bütün kəndlərinin qazlaşdrılması nəzərdə tutulub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB