İyun ayında mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi

İyun ayında mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi

2013-ci ilin iyun ayı ərzində 2,893,259 kv/metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.1,293 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA-dan SİA-ya verilən məlumata görə, əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 229,231,517 kv/metr ərazi təmizlənib.Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 683,616-dır.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Goranboy, Yevlax, Xızı və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Qeyd edək ki, minadan zərərçəkənlər 2013-ci ilin iyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə