Bakcell-in təqdim etdiyi "Azərbaycan: Səmadan baxış" kitabı elektron formatda

Bakcell-in təqdim etdiyi "Azərbaycan: Səmadan baxış" kitabı elektron formatda

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə səmadan çəkilmiş şəkillərin misilsiz kolleksiyası olan "Azərbaycan: Səmadan Baxış" kitabının elektron versiyasını təqdim edir.

Bu kitabda toplanan şəkillər Azərbaycanı yenidən kəşf etmək imkanı verməklə yanaşı, ölkəmizin rəngarəng və gözəl təbiətinə tam yeni bir baxış açısı yaradır.

Bakcell şirkətinin dəstəyi ilə həyata keçirilmiş bu layihə, ArtGroup Istanbul şirkəti və tanınmış Alban fotoqrafçı Alket İslami tərəfindən hazırlanıb.

2012-ci ilin iyul ayında baş tutan foto çəkilişdən Bakcell tərəfindən seçilmiş 102 unikal

şəkil "Azərbaycan: Səmadan Baxış" adlı kitabda toplanıb.

Bu layihənin əsas məqsədi Azərbaycan təbiətini həmvətənlərimizə və xarici qonaqlara aydın şəkildə təsvir etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə