Gənclər Fondunun Qanvermə aksiyası uğurla davam edir

Gənclər Fondunun Qanvermə aksiyası uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının təmin olunmasıdır. SİA-ya verilən məlumata görə, bu məqsədlə talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniyaya başlanılıb. Bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkənin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutub.

Artıq aksiya Hacıqabul, Bərdə, Mingəçevir, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Gəncə və Tovuzda keçirilib. Aksiyalarda Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər nümayəndələr iştirak ediblər. Xüsusilə gənclərin fəallığı ilə keçirilən aksiyalar əhali tərəfindən rəğbətlə qarşılanır.

Aksiyalar Göygöl və Xaçmazda davam edəcək.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları, qan verən bütün aksiya iştirakçılarına paylanıb. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə