Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Kərkük Kültür Dərnəyi tərəfindən Şərəf diplomuna və İraq Türkmən mədəniyyətinə göstərdiyi dəstəyə görə mükafat və Xidmət plaketinə layiq görülüb. SİA-nın xəbərinə görə, mükafatı təqdim edən Beynəlxalq Kərkük Kültür Dərnəyinin rəhbəri Şemsettin Küzeci millət vəkili Qənirə Paşayevanın Şərəf diplomuna İraq Türkmən sənəti və mədəniyyətinin inkişafında göstərmiş olduğu üstün xidmətlərinə görə layiq görüldüyünü bildirib. O, Azərbaycanla İraq türkmənləri arasında əlaqələrin, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən də danışıb.
Mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımızla Azərbaycan Respublikası arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyini, ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin vacibliyini qeyd edib. Millət vəkili Beynəlxalq Kərkük Kültür Dərnəyi ilə ortaq layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB