Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçiriləcək

Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçiriləcək

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası (AR) Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakıda 3-8 İyul, 2013-cü ildə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirəcək.

SİA-ya verilin məlumata görə, əsas məqsəd Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, ölkənin uğurlu dövlət siyasəti barədə ətraflı məlumat verib qarşılıqlı təcrübə mübadiləsi həyata keçirtmək, Azərbaycan həqiqətləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır. Əsasən Azərbaycanın Avropaya inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsi, siyasi elmin əsasları və s. olacaq. Bütün mövzular çərçivəsində panellər təşkil olunacaq və eyni zamanda aidiyyatı dövlət qurumları ilə görüş keçiriləcək.

Məktəb iştirakçıları siyasi bilik təcrübəsindən başqa, Azərbaycanın reallıqları və dövlətimizin demokratik quruculuqda nailiyyətləri barədə hərtərəfli məlumat alacaqlar. Sonda isə Gənc Siyasətçilər Şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Tədbirin açılış günündə AR Prezidentinin Administrasiyası, AR Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi , Fransanın və Rumıniyanın Azərbaycandakı səfiri, millət vəkilləri iştirak edib çıxış edəcəklər.

Tədbirin növbəti günlərində AR Milli Məclisi, Yeni Azərbaycan Partiyası, AR Prezidentinin yanında Gənclər Fonduna ziyarət ediləcək. Siyasi məktəb çərçivəsində siyasətçinin kommunikasiya bacarıqlarının artırılması, münaqişələr (Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi), siyasi partiyaların dövlət idarəedilməsində rolu və s mövzularında panellər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə