Elçin Əfəndiyev: "Uşaq hüquqlarının qorunması sahəsində ciddi problemlər var"

Elçin Əfəndiyev: "Uşaq hüquqlarının qorunması sahəsində ciddi problemlər var"

"Valideyn himayəsindən məhrum olan uşaqların ailə qayğısı ilə əhatə edilməsi, uşaqların asudə vaxtının daha səmərəli təşkili, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası kimi məsələrlə bağlı hələ çox iş görməliyik". SİA-nın məlumatına görə, Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev UNİCEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümü münasibətilə "Uşaqlar naminə birləşək" şüarı altında keçirilən tədbirdə çıxışı zamanı belə deyib. O bildirib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində əldə olunan nailiyyətlər yüksək qiymətə malik olsa da, hələ də bu sahədə ciddi problemlər var və onlar aktual mahiyyətə malikdir: "Görülən işlərin daha səmərəli həyata keçirilməsi məqsədilə biz beynəlxalq təşkilatlara, ilk növbədə YUNİCEF-lə əlaqələrin daha da güclənməsinə önəm veririk. Uşaqların problemləri ilə məşğul olmaq gələcəyin təməlini qoymaq deməkdir. Gələcək məfhumu isə mücərrəd bir anlayış deyil. Gələcək bugünki uşaqlardır və biz onların problemlərinin həlli ilə nə dərəcədə məhəbbətlə, qayğı ilə məşğul olacağıqsa, gələcəyin təməli də o dərəcədə möhkəm və sağlam olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə