“Azərbaycanda dövlət quruculuğu modeli: təcrübə mübadiləsi”

“Azərbaycanda dövlət quruculuğu modeli: təcrübə mübadiləsi”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) müxtəlif ölkələrindən gəlmiş müdavimləri qarşısında "Azərbaycanda dövlət quruculuğu modeli: təcrübə mübadiləsi" mövzusunda məruzə ilə çıxış edib. Komitədən SİA-ya verilən məlumata görə, o, çıxışında Azərbaycandakı tolerantlıq mühitinin səviyyəsi və onun dövlət quruculuğu prosesinə müsbət təsirləri, ölkəmizin pozitiv sekulyar dövlət modeli, bu model çərçivəsində dövlət-din münasibətləri barədə danışıb.

Tədbirin sonunda E. İskəndərov müdavimlərin Azərbaycanın tolerantlıq modeli və onun digər dövlətlərlə müqayisəsi və tətbiqi imkanları barədə suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə