Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəvəti ilə Serbiya Respublikasının Gənclər və İdman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib. SİA-ya verilən məlumata görə, ilkin olaraq qonaqları Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov qəbul edib.
Azərbaycan Gənclər Fondunun ofisində olan nümayəndə heyəti qısa tanışlıqdan sonra Gənclər Fondunun təqdimatı keçirilib. Fondun fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, ümumiyyətlə Azərbaycan və xarici ölkə gəncləri ilə Fondun əməkdaşlığı barədə məlumat verilib. Serbiyalı qonaqlar da öz növbələrində Fondla bağlı onları maraqlandıran bir sıra suallar ünvanlayıblar. Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev qonaqları qəbul edib, onları gələcəkdə qurula biləcək birgə əməkdaşlıq perspektivləri, ortaq fəaliyyət istiqamətləri barədə məlumatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB