6 ay ərzində baş verən cinayətlərin 91.7 faizinin üstü açılıb

6 ay ərzində baş verən cinayətlərin 91.7 faizinin üstü açılıb

Azərbaycan polisinin yaranmasının 95-ci il dönümü Gəncə şəhərində də qeyd olunub. SİA-nın Qərb bürosunun xəbərinə görə, bayram münasibəti ilə Gəncə şəhər Baş Polis İdarəsinin şəxsi heyəti Gəncənin mərkəzində ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Bayram tədbirində çıxış edən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov bildirib ki, ötən 6 ay ərzində Gəncə şəhərində törədilən cinayət faktlarının 91.7 faizinin üstü isti izlərlə açılıb: "Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 17-fakt üzrə cinayət işi açılıb. Axtarışda olan 104 nəfərdən 64-ü tutularaq istintaq orqanlarına təhvil verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə