Bu gün paytaxtın Nərimanov rayonunun bir hissəsinə içməli su fasilələrlə veriləcək. SİA-nın məlumatına görə, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində yeni çəkilmiş 280 mm diametrili su xəttinin Akademik Həsən Əliyev küçəsindən keçən 500 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılır. Bununla əlaqədar 2 iyul tarixində gün ərzində Nərimanov rayonunun bir hissəsinə (H.Əliyev, S.Vurğun, X.Şuşinski, C.Məmmədquluzadə küçələri) içməli su məhdudiyyətlərlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB