Əməkdar artist Tünzalə Ağayevanın "İkimizin yerinə" adlı albomunun təqdimatı olub. SİA-nın məlumatına görə, alboma adı verilən mahnının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Tünzalə Ağayevaya aiddir. Sözügedən mahnını müğənni Elnur Məmmədov ifa edib. Tədbirdə millət vəkili Qənirə Paşayeva albomun Tünzalə Ağayeva ilə hər ikisi üçün çox əziz olduğunu deyib: "Dinləyicilər bu albomda bir çox şeylər tapacaqlar. Çünki bu albomda olduqca gözəl mahnılar yer alıb. Bundan başqa, bu layihə xeyirxah missiya daşıyır. Silahlı Qüvvələrimizə Yardım Fonduna gücümüz daxilində dəstək olmaq hamımızın borcudur. Biz də uzun illər zəhmətimizin və əməyimizin məhsulunu onlara hədiyyə etdik. İnşallah, yaxın zamanlarda bu cür təqdimat mərasimlərini işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda, Xankəndində, Şuşada, bütün o gözəl bölgələrimizdə qeyd edək. Bu hamı kimi, bizim də ən böyük arzumuzdur".
Tünzalə Ağayeva da yeni layihəsindən ağızdolusu danışıb. Gördükləri işin uğurlu olduğunu vurğulayıb və bildirib ki, "İkimizin yerinə" albomunun satışından gələcək gəlir Silahlı Qüvvələrə Yardım Fonduna bağışlanacaq
Tədbirdə "İkimizin yerinə" adlı mahnını ifa edən müğənni Elnur Məmmədov, əməkdar artist Elza Seyidcahan da iştirak edib.
Qeyd edək ki, İmzalanma mərasiminə Azərbaycanın tanınmış QHT rəhbərləri, bir sıra ölkələrdəki Azərbaycan və Türkiyə diasporlarının rəhbərləri, qardaş Türkiyədən, Cənubi Azərbaycandan qonaqlar, KİV təmsilçiləri və çoxlu sayda qonaqlar da qatılıb.
İmza mərasimində iştirak edənlərə imzalı albomlar təqdim olunub, fotolar çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB