İcra başçısının növbəti görüşü Miki kəndində olub FOTOLAR

İcra başçısının növbəti görüşü Miki kəndində olub FOTOLAR

İyulun 1-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin yerli sakinlərlə nöbəti görüşü dağlıq Miki kəndində baş tutub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə kənd sakinləri Xanağa Hüseynov, Şəmsəddin Talıbov, Cabbar Nəzirov, Şahmirzə Nəsirov çıxış edərək rayon icra hakimiyyəti başçısının bu ucqar dağ kəndində əhali ilə növbəti görüşünü yüksək qiymətləndirmiş, respublikada və rayonumuzda aparılan geniş abadlıq-quruculuq işlərindən, o cümlədən, ötən görüşdən keçən müddət ərzində kənddə piyada körpünün salınmasına və elektrik transformatorunun quraşdırılmasına, Siyaku-Miki yolunun Təxtənəkəran kəndinə qədər 5 km məsafəsinin asfaltlaşdırılmasına görə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Çıxış edənlər kənddəki elektrik dirəkləri və naqillərinin yenisi ilə əvəz olunması, kəndə təbii qazın verilməsi, Təxtənəkəran-Miki yolunun əsaslı təmiri və asfaltlaşdırılması, Miki kənd tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikintisi barədə arzularını da bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev səmimi görüşə görə kənd sakinlərinə təşəkkürünü bildirərək qeyd edib ki, burada yaşayan əhali işgüzar, qonaqpərvər, dövlətə və dövlətçiliyə sədaqətlidir. Qeyd olunduğu kimi ilk görüşdən sonra kəndin əsas problemlərinin əksəriyyəti həll edilib. Piyada körpüsü salınıb, elektrik transformatoru quraşdırılıb, Siyaku-Miki yolunun 60 faizini təşkil edən Təxtənəkəran kəndinə kimi yol asfaltlaşdırılıb.

İcra başçısı daha sonra əlavə edib ki, ərazisi tamamilə dağlıq olan bu kəndlərin əsas problemi yolla bağlı olduğunu və bu məqsədlə növbəti Dövlət Proqramında rayonda 90 km-dən artıq yolun əsaslı təmiri və asfaltlaşdırılması planlaşdırılır. Bununla da yaxın gələcəkdə rayonun bütün yaşayış məntəqələrində, o cümlədən Miki kəndində də yol problemi həll olunacaq.

Elektrik təsərrüfatında olan problemlərin aradan qaldırılması üçün dövlət tərəfindən mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

İcra başçısı həmçinin rayonun yaşayış məntəqələrində həyata keçirilən geniş tikinti, quruculuq-abadlıq işləri - tikilən yeni məktəb binaları, Ərçivan qəsəbəsində inşa edilən boks idman kompleksi, yenidən qurulmasına başlanmış Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi yolu, sürətlə həyata keçirilən qazlaşma və görülən digər işləri diqqətə çatdırıb. Əlavə edib ki, hazırda rayonda əksəriyyəti dağ kəndlərində olmaqla on iki yeni məktəb binasının tikintisi aparılır. Təkcə Miki nümayəndəliyinin ərazisində bir yeni məktəb istifadəyə verilib, daha ikisinin tikintisi davam etdirilir. Miki kənd tam orta məktəbinin cari təmiri də nəzərdə tutulub ki, buna yaxın günlərdə başlanılacaqdır.

Sonda İcra başçısı Q.Ağayev bütün bu görülən işlərin möhtərəm cənab prezident İlham Əliyev tərəfindən əhalinin rahat, xoş, firavan yaşaması üçün həyata keçirilən tədbirlər olduğunu, buna görə ölkə başçısına minnətdarlığını bildirməklə, sakinləri Prezident ətrafında daha sıx birləşməyə, qarşıdan gələn seçkilərdə hamılıqla ona səs verməyə çağırıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə