Elektrik xəttinin qırılması yanğına səbəb oldu

Elektrik xəttinin qırılması yanğına səbəb oldu

Məcburi köçkünlərin məskunlaşdığı evdə yanğın hadisəsi baş verib. Hadisə Bərdə rayonunun Çəmənli kəndi ərazisindəki qəsəbədə baş verib. Elektrik xəttinin qırılaraq ot tayasının üstünə düşməsi yanğına səbəb olub. Ot bağları quru olduğundan alov qısa zamanda genişlənərək ərafı bürüyüb. Kəlbəcərdən olan məcburi köçkün Bəndalı İsbəndiyarova məxsus ev, əşyaları ilə birlikdə tamamilə yanıb.

Qeyd edək ki, yanğın həmçinin yaxınlıqda yerləşən tövləyə də keçib. Hadisə zamanı 4 baş keçi, 50-dən çox müxtəlif növ ev quşları,1-ton taxıl və 500 kq arpa, o cümlədən 1500 ədəd ot bağları yanaraq kül olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə