Gənc biznesmenlər mükafatlandırıldılar FOTO

Gənc biznesmenlər mükafatlandırıldılar FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatı (ADİU TGT ) "I am a young businessman" adlı layihəsinin final mərəhələsini keçirilib.

ATGTİ-dən SİA-ya verilən məlumata görə, ümumilikdə ərizə qəbulu müddətində 182 ərizə forması qəbul olunub ki, onlardan 72 nəfər müsahibə üçün dəvət olunub və 24 nəfər "I am a Young Businessman" iqtisad məktəbində iştirak hüququ qazanıb. Layihəyə 3 iyun tarixində start verilib və 3 həftə ərzində iştirakçılara ekspertlər tərəfindən təlim keçirilib. Təlimlərdə biznes layihələrin yazılmasının hazırlamasının qaydaları öyrədilib.

Qeyd edək ki, 27 iyun tarixində baş tutan layihənin final mərhələsində hər bir iştirakçı öz biznes layihəsini münsiflər heyətinə təqdim edib. Münsiflər heyətinin tərkibində Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera mərkəzinin direktoru Fuad Əliyev, AR Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev, ekspert - Fariz Cəfərov və təlimçilər: Nicat Cavanşir, Rəşad İsmayılov və Elvin Mürsəlov yer alıb.

Məlumat üçün bildirək ki, 1-ci yerə layiq görülən iştirakçıya öz layihəsini reallaşdırmaq üçün 1500 azn, 2-ci yerə 1000 azn və 3-cü yerə 500 azn dəyərində pul mükafatı təqdim olunub.

1-ci yerə - Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qruplarının Beynəlxalq Əlaqələr fakültəsinin tələbəsi Murad Musayev "Rent a Battery" adlı layihəsi ilə layiq görülüb, 2-ci yerə - Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qruplarının Beynəlxalq Əlaqələr və Maliyyə fakültələrinin tələbələri Araz Fətəliyev və Rəşad Bayramlı "Faytoncu" adlı layihələri ilə sahib olublar, 3-cü yerə - Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinin tələbəsi İlkin Mahmudlu "Velocenter" adlı layihəsi ilə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə