Bakı-Antalya təyyarəsi məcburi eniş etdi

Azərbaycan jurnalistlərini aparan hava gəmisində problem yaranıb
Bakı-Antalya təyyarəsi məcburi eniş etdi

Bu gün Bakıdan Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsi havaya qalxdıqdan bir müddət sonra yenidən Heydər Əliyev Bakı Beynəlxalq Hava limanına eniş edib. SİA-nın aldığı məlumata görə, məcburi enişə səbəb kimi "Türk Hava Yolları" şirkətinə məxsus təyyarədə qapının örtülmədiyi göstərilib. Jurnalistlərə bu xəbəri təyyarə kapitanı da verib.

Qeyd edək ki, təyyarə Bakı-Antaliya reysi ilə uçurmuş və hava gəmisində olan sərnişinlər arasında Azərcell şirkətinin maliyyə dəstəyi ilə qardaş ölkəyə səfər edən 27 qəzet baş redaktoru da olub. Təyyarə 30 dəqiqəlik uçuşdan sonra Bakı aeroportuna qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə