Park Bulvar AVM-də "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər" şüarı ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində əlil gənclərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 25-ə yaxın əlilliyi olan gənc millət vəkilləri və incəsənət xadimləri ilə bir yerdə maraqlı "ekspozisiya" ərsəyə gətiriblər.
Azərbaycan Respublikasının bayrağını əl izləri ilə əbədiləşdirən gənclərə dolayısı ilə onların da bu cəmiyyətin tam hüquqlu üzvləri olduğu çatdırılıb. Rənglər gənclərin iç dünyasını açmağa kömək edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB