Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "Tələbələrarası Siyasi Biliklər Olimpiadası"nın yarımfinal mərhələsi keçirilib.
SİA-ya verilən məlumata görə, ümumilikdə 500 dən çox gəncin qeydiyyatdan keçdiyi olimpiada Azərbaycan Kooperasiya Universitetində baş tutub. Tələbələrə həll etmək üçün 55 test tapşırığı təklif olunub.
Qeyd edək ki, 1-ci yerin qalibi "İPhone 5", 2-ci yerin qalibi "Netbook", 3-cü yerin qalibi isə "Planşet" ilə mükafatlandırılacaqlar.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB