TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın toplantısında iştirak edir

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın toplantısında iştirak edir

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın İstanbulda keçiriləcək illik toplantısında iştirak edəcək. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, səfər çərçivəsində TÜRKPA Baş Katibi Ramil Həsənovun Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri planlaşdırılır.

Həmçinin ATƏT PA-nın illik sessiyası çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyinin koordinatorluğunda, TÜRKPA üzv dövlətləri nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə birgə əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi istiqamətində müzakirələrin növbəti mərhələsi ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulur.

Səfərdə TÜRKPA Baş katibini, baş katibin müavini Kürşad Melih Sarıarslan, beynəlxalq əlaqələr komissiyasının katibi Emin Həsənov və adminstrativ və təşkilati işlər üzrə Departament müdiri katib Ələsgər Ağayev müşayiət edəcəklər.

Eyni zamanda toplantı çərçivəsində TÜRKPA Baş Katibinin Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, TÜRKPA artıq üç ildir ki, qonaq statusu ilə ATƏT Pa-nın fəaliyyətlərində aktiv iştirak etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə