Həftənin ilk iş günü hava yağmursuz olacaq

Həftənin ilk iş günü hava yağmursuz olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 20-24°, gündüz 32-37° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti olacaq.

Azərbaycan rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə