Nikolay Patskeviç: "Azərbaycanın uğurlarına sevinməmək mümkün deyildir"

Nikolay Patskeviç: "Azərbaycanın uğurlarına sevinməmək mümkün deyildir"

Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu sözləri Qəbələdə "MDB-nin mədəniyyət paytaxtları- 2013" dövlətlərarası proqramının təntənəli açılış mərasimində iştirak edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç jurnalistlərə müsahibəsində deyib.

Qəbələnin sürətli inkişafının şahidi olduğunu söyləyən belaruslu diplomat bildirib ki, regionların bu cür inkişafı ümumilikdə Azərbaycanın inkişafından xəbər verir.

Ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyən Nikolay Patskeviç Azərbaycanda yaşadığı son 7 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasi kursu, həm də sosial siyasətin uğurlu nəticələrini yüksək qiymətləndirib .

Səfir bildirib ki, bu siyasətin nəticəsidir ki, indi Azərbaycanın bütün regionları sürətlə inkişaf edir. Diplomat bu yaxınlarda Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri iştirakçılarının Xaçmaza səfər etdiklərini və buradan çox xoş təəssüratla ayrıldıqlarını bildirib.

"Azərbaycanın uğurlarına sevinməmək mümkün deyildir",-deyən səfir xalqımızın öz zəngin mədəniyyətinin qorunmasına mühüm əhəmiyyət verdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə