"Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyilə əvəz olunacaq". SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova belə deyib. O bildirib ki, havanın temperaturunun gecə 19-24, gündüz 32-37 dərəcə isti olacağı gözlənir.
Azərbaycanın bölgələrində havanın yağmursuz keçəcəyinin gözlənildiyini deyən şöbə müdiri qeyd edib ki, şərq küləyi əsəcək: "Havanın temperaturunun gecə 19-24, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB