Azərbaycanın Misirdəki səfirliyi hadisələri diqqətlə izləyir və öz vətəndaşlarına hər cür yardım göstərməyə hazırdır

Azərbaycanın Misirdəki səfirliyi hadisələri diqqətlə izləyir və öz vətəndaşlarına hər cür yardım göstərməyə hazırdır

Azərbaycanın Misirdəki səfirliyi bu günlərdə Misirin iri şəhərlərində keçirilən kütləvi aksiyalarla əlaqədar olaraq siyasi vəziyyətin inkişafını diqqətlə izləyir.

Diplomatik missiyamız Misirdə yaşayan Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı və insanların kütləvi şəkildə toplaşdıqları yerlərdən uzaq olmağı, öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyi qabaqcadan tövsiyə edib. Mətbuat xidmətində qeyd ediblər ki, artıq bir neçə gündür "qaynar xətt" fəaliyyət göstərir. Burada səfirliyin əməkdaşları vətəndaşların suallarına cavab verir, təhlükəsizlik tədbirlərini izah edir, hər cür konsul yardımı göstərirlər. Səfirlikdə deyiblər: "Bu günlərdə Azərbaycanın Misirdəki səfirliyi gücləndirilmiş rejimdə işləyir və öz vətəndaşlarına hər cür yardım göstərməyə hazırdır. Zərərçəkənlər arasında azərbaycanlıların olduğu barədə səfirliyə məlumat daxil olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə